Kəbəcər rayonundan olan məcburi köçkünlərin aprelin 1-də Birləşmiş Millətlər Təşkilatının Bakıdakı ofisinə göndərdikləri məktub aprelin 11-də Nyu-Yorka, BMT-nin baş ofisinə göndərilib.
BMT-nin Bakı ofisinin qəbul şöbəsinin əməkdaşı Ayşən Əhmədova məcburi köçünlərin məktubuna bir həftə ərzində cavab veriləcəyini desə də, bu günə qədər cavab yoxdur.
Modern.az saytına açıqlamasında A.Əhmədova “biz məktubu bir aydan çoxdur göndərmişik, hələ heç bir cavab verilməyib. Ona görə də bu haqda heç nə deyə bilmərəm, məktuba cavab verilib-verilməcəyi bzidən asılı deyil” deyə bildirib.
Köçkünlər onların müraciətlərinə bu qədər müddətə cavab verilmədiyinə görə BMT-nin Azərbaycan nümayəndəliyi qarşısında aksiya keçirmək niyətindədirlər.
Xatırladaq ki, Kəlbəcərdən olan məcburi köçkünlər BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını özündə ehtiva edən dörd qətnaməsinin yerinə yetirilməməsinin səbəblərini öyrənmək istəyirlər.
Mail Ağaxanov