Modern.az

İnsan alveri qurbanlarının problemlərini həll etməli?

İnsan alveri qurbanlarının problemlərini həll etməli?

13 May 2011, 17:42

İnsan alveri qurbanlarının sosial problemlərini həlli yolları müzakirə olunub


Müasir Cəmiyyət və Qadın hüquqları İctimai Birliyində insan alveri qurbanlarının sosial vəziyyəti mövzusunda növbəti seminar keçirilib.

İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İnsan alveri qurbanlarının sosial problemlərinin həlli ilə bağlı maarifləndirmə” layihəsinin rəhbəri Xanım Əhmədzadə seminardakı çıxışında bu istiqamətdə atılan addımlardan və çatışmazlıqlardan danışıb. Hüquqşünas-ekspert İsaməddin Xamoyev isə insan alveri qurbanlarının sosial problemlərinin həlli mövzusunda çıxışında statistik rəqəmlərə istinad edib. O qeyd edib ki, 2008-ci ildə 76, 2009-cu ildə 91,  2010-cu ildə 34 nəfər insan alveri qurbanı qeydə alınıb. Hüquqşünas 2010-cu ildə 39 insan alverçisinin qeydə alındığını da diqqətə çatdırıb.

İsaməddin Xamoyev insan alveri qurbanlarının sosial problemlərinin həlli istiqamətində qəbul olunan qanunvericilik aktları barədə də məlumat verib. O bildirib ki, bu sahədə bir sıra qanunvericilik aktı qəbul olunsa da, bəzi çatışmazlıqlar qalmaqdadır.

Tədbir işrirakçıları layihənin vacibliyini  və əhəmiyyətini qeyd edərək gələcəkdə bu istiqamətdə layihələrin həyata keçirilməsinin zəruriliyini bildirdilər. Seminar insan alveri qurbanlarının sosial problemlərini həlli yollarının müzakirəsi ilə işini davam etdirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular