Parisdə erməni nazir Qarabağla bağlı müzakirələr keçirib
2011-ci ilin ikinci yarısında Fransa prezidenti Nikola Sarkozi Ermənistana rəsmi səfər edəcək. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə düşmən ölkənin xarici işlər naziri Edvard Nalbandyanın Parisdə keçirdiyi görüşləri zamanı bu səfərin hazırlıq planı müzakirə edilib. Fransada işgüzar səfərdə olan Nalbandyan bu ölkənin xarici işlər naziri Alan Jupe ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələni müzakirə edib.
“Tərəflər münaqişənin həlli üçün sülh variantənən alternativinin olmadığını bildiriblər”-deyə Ermənistan XİN-nin mətbuat xidməti açıqlamasında bildirib.