ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgəh Cankorel bu gün Gəncədə səfərdə olub. Səfər çərçivəsində Cankorel İcra Hakimiyyəti başcısı Elmar Vəliyevlə görüşüb.
ATƏT-in Bakı ofisinin rəhbəri bildirib ki, diplomatik fəaliyyətini artıq başa vurur və iyunun sonunda Azərbaycandan gedəcək. Amma bu ölkədən xoş təəssüratlarla ayrılır.
Jurnalistlərin suallarını cavablandıran ATƏT rəsmisi diplomatik fəaliyyəti dövründə təmsil etdiyi qurumun prioritet hesab etdiyi məsələlərin həlli istiqamətində fəaliyyətinə toxunub. O, vurğulayıb ki, ATƏT ifadə və sərbəst toplaşmaq azadlığının qorunmasına, seçkilərin ədalətli və şəffaf keçirilməsinə, inzibatçı polisin vətəndaşın polisinə çevrilməsinə çalışıb.
Xaliq Qurbanov
Gəncə