Modern.az

Fatih Terim "Qalatasaray"ın baş məşqçisi oldu

Fatih Terim "Qalatasaray"ın baş məşqçisi oldu

20 May 2011, 11:29

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçi postu yenidən ünlü çalışdırıcı Fatih Terimə həvalə olunub. Modern.az-ın məlumatına görə, bu xəbəri türk mətbuatına klubun yeni prezidenti Ünal Aysal açıqlayıb.
O bildirib ki, anlaşma "Qalatasaray"ın yaranma ili olan 1905-ci ilə uyğun olaraq 19 mayda əldə edilib. Aysal razılaşmanın detalları barədə danışmaqdan imtina edib. Klub prezidenti İngiltərə "Bolton"unun hücumçusu Yohan Elmanderlə anlaşdıqlarını da bildirib. 

Qeyd edək ki, Fatih Terimin baş məşqçi qismində "Qalatasaray"da üçüncü dəfə fəaliyyət göstərəcək. Daha öncə Terim 1996 - 2000 və 2002 - 2004-cü illərdə də bu postu tutub.   

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular