Ali təhsil ocaqlarına qəbul planı artıq Baş nazir tərəfindən Təbələ Qəbulu Dövlət Komissiyasına təqdim olunub.
Modern.az saytı xəbər verir ki, bu barədə TQDK-nın sədr müvini Namiq Babayev bildirib.
“ 2011-ci ildə ali təhsil müəssisələrinə ayrılan plan yerləri artıq TQDK-ya təqdim olunub və bu plan yerləri Təhsil Komisiyasında müzakirə olunaraq təsdiq olunub. Bu barədə geniş məlumat yaxın vaxtlarda “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunacaq”.
Qeyd edək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə 10429 plan yeri ayrılmışdı, 2011-ci ildə isə 10616 plan yeri ayrılıb.
Mail Ağaxanov