“Exo Moskvı” radiosunun baş redaktorunun müavini Sergey Buntman Azərbaycanın “qara siyahı”sına salınıb və onun Azərbaycana gəlişi qadağan edilib. Bu barədə radio XİN mətbuat mərkəzinin rəhbəri Elxan Poluxova istindən məlumat yayıb. Poluxov bildirib ki, Buntman “Azərbaycana gəlişi arzuolunmayan şəxslərin siyahısına daxil edilib”.
Qeyd edək ki, Buntman “Exo Moskvı” radiosu üçün qondarma “DQR”-in rəhbəri Bako Saakyanla müsahibə götürüb. Bu müsahibə zamanı o, qondarma rejimi “Dağlıq Qarabağ Respublikası”, Saakayanı isə “prezident” kimi təqdim edib.