Modern.az

Gənclərin regionlara avtobus turu başlayıb (FOTOLAR)

Gənclərin regionlara avtobus turu başlayıb (FOTOLAR)

26 May 2011, 11:12

“Uşaqlarin Göy Qurşağı: HİV/AİDS maarifləndirməsi paytaxtdan regionlara” adlı həmyaşıddan-həmyaşıda təhsil layihəsi çərçivəsində may ayının 25-də paytaxtdan regionlara avtobus turu başlayıb. 

Modern.az xəbər verir ki, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyasi tərəfindən həyata keçirilən təhsil layihənin birinci birinci günü Bakı-Şamaxı-İsmayili-Qəbələ-Oguz-Şəki-Gəncə istiqamətində reallaşıb.

Dünən avtobus turu çərçivəsində Şamaxı rayon 9 saylı orta məktəb, İsmayillı rayon 3 saylı orta məktəb, Qəbələ rayonunda Qafqaz Resort hotelin konfrans zalı, Oğuz rayon 3 saylı orta məktəb və Şəki şəhər Axundov adına Mədəniyyət Mərkəzində gənclərin istiraki ilə maarifləndirmə tədbirləri keçirilib.   

Avtobus turunun təşkilində başlıca məqsəd gənclərə sağlam həyat tərzini aşılamaq və HİV/AİDS barədə məlumatləlıq səviyyəsini artırmaqdir.

Qeyd edək ki, layihə çərçivəsində 20 nəfər gənc 10 Azərbaycan regionuna səfər edərək oz həmyaşıdlarını sağlam həyat tərzi sürməyə çağırırlar. Avtobus turu Bakı-Şamaxı-İsmayillı-Qəbələ-Oğuz-Şəki-Gəncə-Yevlax-Ağdas-Ucar-Kürdəmir-Bakı marşrutu ilə hərəkət edir və hər bir regionda 14-20 yaşlı gənclərlə görüş keçirilir. Avtobus turu bu gundə davam edir.  

 

 

 

 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular