Modern.az

Deputat Gülər Əhmədova Türkiyədə olan Zəlimxan Yaqubu arayıb

Deputat Gülər Əhmədova Türkiyədə olan Zəlimxan Yaqubu arayıb

26 May 2011, 12:05

Xaq şairi yaxın günlərdə vətənə dönəcəyini deyib

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bu günlərdə Türkiyədən vətənə dönəcək. Bu barədə Z.Yaqub «Mərkəz» qəzetinin təsisçisi, millət vəkili  Gülər Əhmədova ilə telefon söhbətində bildirib. Xalq şairi ilə telefon əlaqəsi saxlayan Gülər Əhmədova onun səhhəti ilə maraqlanıb. Şair indi özünü yaxşı hiss etdiyini, yaxın günlərdə Azərbaycana qayıdacağını söyləyib.

Xatırladaq ki, bir neçə ay əvvəl Zəlimxan Yaqub Türkiyədə böyrəyindən əməliyyat olunmuşdu. Bundan əlavə şairin ürəyində, ayağında da cərrahiyyə əməliyyatları aparılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular