ABŞ prezidenti Bill Klintonla seksual əlaqələrinə görə böyük qalmaqalla üzləşən Monika Levinski bildirib ki, o, ABŞ prezidentini indiyə qədər unuda bilmir.
Modern.az “Dayli Mail” qəzetinə istinadən bildirir ki, bu barədə onun yaxın rəfiqəsi qəzetin əməkdaşına müsahibəsində deyib.
“Monika onu hələ də unuda bilmir. O mənə etiraf edib ki, onu həyatda Bill kimi xoşbəxt edə biləcək iknici kişi olmayacaq”-deyə rəfiqəsi bildirib. Rəfiqəsi deyib ki, Levinski “Billi ürəyindən çıxara bilməyib”.
Monika Levinsiki ilə bağlı 1998-ci ildə baş vermiş qalmaqal az qala Klintonu prezidentlik vəzifəsindən məhrum edəcəkdi. Ağ Evdə təcrübə keçən gənc Monikanın Klintonla eşqbazlığı prezidenti məhkəməyə apardı, Monikanı isə ulduza çevirdi.
Levinskinin ABŞ prezidenti ilə Oval Kabinetdə yaşadığı məhrəm anları əks etdirən kitab bestsellerə çevrildi. Bundan sonra Levinski TV-də veriliş aparıb, bizneslə məşğul olub. Klintonla əlaqələri faş olunduqdan sonra 1998-99-cu illərdə Monika dünyanın ən məşhur qadını olmuşdu. İndi üstündən az qala 15 il keçməsinə baxmayarq, Levinsiki hələ də ərə gedə bilməyib.
Hazırda 37 yaşlı Monika Levinski Los Anjelesda yaşayır.