Modern.az

Saakaşvili hərbi paradda Rusiyanı ittiham etdi: “Bunu onlar törədiblər”

Saakaşvili hərbi paradda Rusiyanı ittiham etdi: “Bunu onlar törədiblər”

26 May 2011, 14:22

Gürcüstanda Rustaveli proespektində Müstəqillik Gününə həsr olunmuş hərbi parad başlanıb. Prezident Mixail Saakaşvilinin qəbul etdiyi paradda Gürcüstanın bütün ordu hissələri iştirak edir.

Modern.az gürcü KİV-lərinə istinadən bildirir ki, hərbi paradı açmazdan əvvəl Mixail Saakaşvili dünən gecə meydanda baş verən hadisələrlə bağlı çıxış edib. Prezident bunu “xarici qüvvələr tərəfindən törədilən təxribat” adlandırıb. Saakaşvili deyib ki, bu barədə onun sübutları var.
“Mən yaxşı bilirəm ki, onlar bunu niyə ediblər. Onlar istəyirlər ki, Gürcüstan müstəqil olmasın. Bu addımı atmaqla 2008-ci ildə göstərdiyi müqavmətə görə, gürcü ordusundan intiqam alırlar”-deyə prezident bildirib.

Qeyd edək ki, parad keçirilən meydanda dünən gecə müxalifətin aksiyası dağıdılıb. Nəticədə 2 polis həlak olub. Hazırda Gürcüstan məhkəmələrində gecə baş vermiş hadisələrdə saxlanılanlarla bağlı işlərə baxılır.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular