Modern.az

Üç prezident Azərbaycana və Ermənistana müraciət etdi: “Əhalinizi sülhə hazırlayın”

Üç prezident Azərbaycana və Ermənistana müraciət etdi: “Əhalinizi sülhə hazırlayın”

26 May 2011, 17:49


Rusiya, Fransa və ABŞ prezidentləri Dmitri Medvedev, Nikolya Sarkozi və Barak Obama mayın 26-da Dağlıq Qarabağ münaqişəsinin nizamlaması üzrə birgə bəyanat qəbul ediblər

Modern.az
"RİA Novosti”yə istinadən bildirir ki, bəyanat Fransanın Dovil şəhərində keçirilən “G-8” sammiti çərçivəsində keçirilən görüş zamanı verilib. 
Prezidentlər bəyanatda Azərbaycan və Ermənistan liderlərini “əhalini müharibəyə deyil, sülhə hazırlamağa, iyunda keçiriləcək sammitin gedişində əsas nizamlanma prinsipləri üzərində işi başa çatdırmağa” çağırıblar.
“Razılaşma əldə olunduqdan sonra, biz bu prinsipləri rəsmi qəbul etdiyinizi bəyan etməyə, sülh sazişinin hazırlanmasına yardım göstərməyə, beynəlxalq tərəfdaşlarımızla birlikdə onun həyata keçirilməsinə dəstək verməyə hazırıq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular