Modern.az

Hulusi Kılıc: “28 May bütün Türk Dünyası üçün qürur günüdür”

Hulusi Kılıc: “28 May bütün Türk Dünyası üçün qürur günüdür”

26 May 2011, 17:53

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Hulusi Kılıc 28 May Respublika günü münasibəti ilə  Azərbaycanı təbrik edib.

Səfir təbrik məktubunda 28 may Respublika Günü münasibətilə qardaş və dost Azərbaycan xalqına ən səmimi təbriklərini və arzularını çatdırıb.

Təbrikdə daha sonra qeyd edilir ki, Azərbaycan Demokratik Respublikası Şərqdə qurulan ilk demokratik cumhuriyyət olaraq tarixin səhifələrinə qızıl hərflərlə yazılıb.

“Bu gün bütün Türk Dünyası üçün qürur günüdür. Bu bayram günündə Azərbaycan xalqına sülh, əminamanlıq, cansağlığı, bərabərlik və sevinç diləyirəm.

Modern.az 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular