Qalib İsrafilov Azərbaycanın BMT Vyana səhərindəki bölməsində, ATƏT, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
Modern.az AzərTac-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti bu gün sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.