Modern.az

Hərbi çağırış haqqında fərman imzalandı

Hərbi çağırış haqqında fərman imzalandı

26 May 2011, 20:22

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
Modern.az bildirir ki, fərmana görə 1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.

Fərmanın ikinci bəndinə görə isə, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular