Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bildirlib.
Bu gün səhərdən etibarən əfv edilənlər cəzalarının çəkilməmiş hissəsindən azad edilir, cəzaçəkmə müsəssisələrindən evə buraxılırlar.
Ölkə başçısının əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 70 nəfər, azadılığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 4 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib.
Cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında tanınmış məhkumlar - Eynulla Fətullayev, Eldəniz Lahıcov, Müşfiq Mədətov, Anar Namazov da var.
Modern.az