Modern.az

Nalbandyan nala-mıxa vurur: “Dovil” bəyanatı Ermənistanı təşvişə salıb

Nalbandyan nala-mıxa vurur: “Dovil” bəyanatı Ermənistanı təşvişə salıb

27 May 2011, 11:43

“Biz Medvedev, Obama və Sarkozinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini yüksək qiymətləndirirk. Dovildə G-8 sammitində Minsk Qrupuna daxil ölkələrin bəyanatı mühüm çağırışı özündə əks etdirir və münaqişənin həllli üçün impuls ola bilər”.
Bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nalbandyan “Dovil bəyanatını” çərh edərkən deyib. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, nazirin sözlərinə görə, Ermənistan həmşə sülh prosesini dəstəkləyib.

Nalbandyan bununla yanaşı münaqişə barədə erməni tərəfinin mövqeyini təhrif etməkdən çəkinməyib. O idda edib ki, İrəvan həmsdərlərin münaqişə ilə bağlı son təkliflər paketini qəbul edib və bu prinsipləri münaqişənin həlli üçün əsas olduğunu hesab edir.
O daha sonra diplomatik hiyləgərlik edərək bildirir ki, “Ermənistan Azərbaycan və Dağlıq Qarabaq arasında münaqişənin sülh yolu ilə həllinə tərəfdardır”. Bununla da o, Dağlıq Qarabağın tərəf kimi təqdim edilməsinə işarə vurur. Bu isə Ermənistanın dəstək verdiyi idda olunan “Madrid prinsiplərinə” qətiyyən uyğun deyil.

 “Əgər Azərbaycan özünün birmənalı razılığını versə, o zaman tənzimlənmə prosesində irəliləyiş mümkün ola bilər”-detə Nalbandyan qeyd edib. 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular