Modern.az

Nazir: "Bakıda 55 hektar sahədə yeni zoopark tikiləcək"

Nazir: "Bakıda 55 hektar sahədə yeni zoopark tikiləcək"

27 May 2011, 12:27

Bakının Qobu kəndində 55  hektar sahəni əhatə edəcək yeni zoopark tikiləcək. Modern.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. O qeyd edib ki, yeni zooparkın tikintisi ilə bağlı Nazirlər Kabineti ötən il 2,8 milyon manat ayırıb.  Nazir bildirib ki, artıq zooparkın layihələndirilməsini və tikintisini aparacaq şirkətlər müəyyənləşib.

 “Yeni zooparkın tikintisinə 70-ə yaxın ölkədən mütəxəssislər cəlb olunub və artıq ilkin layihə hazırdır. Həmçinin, ilkin hazırlıqlara, təbii landşaftın hazırlanmasına və bitki örtüyünün yaradılmasına başlamaq olar”-deyə qeyd edən H.Bağırov onu da vurğulayıb ki, yeni zooparkda heyvanlar qəfəsdə yaşayamacaqlar. Nazir tikiləcək yeni zooparkın dünyaya “Azərbaycan təbiət dünyası” adı ilə təqdim olunacağını bildirib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular