Modern.az saytının məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında “Eurovision-2011” mahnı müsabiqəsində ölkəmizə birincilik qazandıran Eldar Qasımov və Nigar Camalın universitetlərə qəbul zaman topladıqları balları açıqlayıb.
Komissiya sədri bildirib ki, Eldar Qasımov Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə 556 balla daxil olub. M.Abbaszadə Eldarın magistraturaya qəbul imtahanında 99 bal topladığının qeyd edərək bu nəticənin çox yüksək olduğunu deyib.
Digər təmsilçimiz Nigar Camalın qəbul balı ilə bağlı da məlumat verən TQDK sədri deyib:
“Təxmini deyə bilərəm ki, Xəzər Universitetinə daxil olan Nigar 130 ballıq nəticə göstərib
Modern.az