Hər il olduğu kimi bu il də 29 may Beynəlxalq Birləşmiş Millətlər Təşkilatı tərəfindən Sülhməramlılar Günü kimi qeyd edilir. Bu münasibətlə BMT-nin Baş Katibi tərəfindən dünya ictimaiyyətinə müraviət ünvanlanıb.
Modern.az-ın məlumatına görə, müraciətdə bildirlib ki, Sülhməramlılar Gününü qeyd etməklə BMT-nin mavi bayrağı altında xidmət edən 120 mindən çox hərbçi, polis və mülki şəxslər hörmətlə yad edilir və sülh uğrunda həyatlarını itirənlər anılır.
“Son aylar ərzində Beynəlxalq Millətlər Təşkilatı bir sıra faciəli hadisələrlə üzləşdi. Aprelin əvvəlində BMT-nin Əfqanıstandakı hissələrinə hücum nəticəsində 7 əməkdaşımız öldürüldü. Bir neçə gün sonra Konqo Demokratik Respublikasında sülhməramlı əməliyyata xidmət edən təyyarənin qəzaya uğraması nəticəsində əksəriyyəti BMT əməkdaşı olmaqla 32 nəfər həlak oldu. Bu hadisələr dünyada təbii fəlakət, zorakılıq və xəstəliklər kimi insan ölümünə səbəb olan digər fəlakətlərə yanaşı, keçən ilin yanvarında Haitidə baş vermiş dəhşətli zəlzələ zamanı həyatlarını itirən 100-dən çox sülhməramlı da daxil olmaqla 173 sülhməramlının nəticəsində həyatlarını itirmələri haqda kədərli xatirələri oyatdı”-deyə Pan Gi Mun bəyanatında bildirib.
Müraciətdə qeyd edilib ki, bu ilin beynəlxalq gününün mövzusu olan “qanunun aliliyinin təmin edilməsi” uğurlu sülhməramlı əməliyyatlar üçün çox əhəmiyyətlidir. Bu, polis, ədliyyə sistemi və islah xidmətlərinə inamı artırmağı tələb edir. Buna görə Birləşmiş Millətlər Təşkilatı polisləri vəzifələrindən sui-istifadə etməmələri istiqamətində təlimləndirir, məhkəmələrin ədalətə xidmət göstərməsi üçün düzgün fəaliyyət göstərməsini dəstəkləyir və insani saxlanma şəraitinin təmin olunmasına çalışır.
Xatırladaq ki, Azərbaycandan olan sülhməramlılar İraq və Əfqanıstanda xidmət edirlər.
Modern.az