İctimai Palatanın Koordinasiya Şurasının iclası bu gün saat 15-də Müsavat Partiyasının qərargahında olacaq. Bu barədə Modern.az-a İctimai Palatanın təsisçilərindən olan Aqil Səmədbəyli məlumat verib. Onun sözlərinə görə, Koordinasiya Şurasının bu günkü iclasının gündəliyinə üç əsas məsələ daxil edilib.
İctimai Palata iqtidara təqdim ediləcək demokratik dəyişikliklər paketi olan “Yol Xəritəsi”ni, növbəti mitinqlə bağlı məsələni müzakirə edəcək. Bu gün həmçinin quruma daxil olacaq yeni üzvlərin siyahısı da açıqlanacaq.
Modern.az