Modern.az

ABŞ səfirliyi Eynulla Fətullayevlə bağlı bəyanat verdi

ABŞ səfirliyi Eynulla Fətullayevlə bağlı bəyanat verdi

27 May 2011, 13:43

“Prezident Əliyevin Fətullayevi azad etmək qərarı demokratik islahatlarda gələcək irəliləyişlərə ümid verən pozitiv bir işarədir”

ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı bəyanat yayıb. Səfirlikdən Modern.az-a daxil olan bəyanatda diplomatik korpus jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayır.

“Beynəlxalq icma ilə birgə biz cənab Fətullayevin işini yaxından izləmişik və Azərbaycan qanunvericiliyinə və beynəlxalq normalara uyğun şəkildə şəffaf və açıq hüquqi prosesə dəvət etmişik. Prezident Əliyevin cənab Fətullayevi azad etmək qərarı demokratik islahatlarda gələcək irəliləyişlərə ümid verən pozitiv bir işarədir”-deyə sənəddə vurğulanır.

Bəyanatda qeyd olunur ki, Birləşmiş Ştatlar fikir  azadlığı da daxil olmaqla, demokratik islahatlarda irəliləyiş naminə Azərbaycan hökuməti və xalqı ilə birgə çalışmağa davam edəcək.

“Azərbaycan Birləşmiş Ştatların mühüm əməkdaşıdır və gələcəyə aparan yolun planlaşdırılması üçün debatlarda bütün cəmiyyətin daha da çox sayda fikirlərinin səsləndirilməsi  ilə öz tam milli potensialına çatacaq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular