Daşkəsən rayonu ərazisinə dolu ilə müşahidə edilən qısamüddətli leysan yağışın yağması nəticəsində bir necə kəndə ziyan dəyib. Bu barədə məlumatı Modern.az-a rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev məlumat verib. Onun sözlərinə görə, mayın 26-da saat 16.00 radələrində yağmağa başlayan xırda dənəli dolu evlərə və təsərrüfatlara zərər yetirməsə də, rayonun Xoşbulaq, Qaraqovlu, Qabaqtəpə kəndlərinin elektrik və yol infrastrukturuna ziyan vurub. C.Qocayev hazırda ziyanın aradan qaldırılması istiqamətində işlərin görüldüyünü bildirib. Yağan dolu Daşkəsəndə 5 iribuynuzlu mal-qaranın tələf olmasına da səbəb olub.
Qeyd edək ki, eyni vaxtda dünən Gədəbəy rayonunda da dolu yağıb.
İcra Hakimiyyətindən verilən məlumata görə dolu rayonun təsərrüfatına ciddi təsir etməyib.
Xaliq Qurbanov
Gəncə