Modern.az

Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır”

Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır”

27 May 2011, 14:09


Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti bu gündən “Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır” maarifləndirici kampaniyaya başlayıb. Modern.az saytı xəbər verir ki, bu barədə Dövlət Sığorta  Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov bildirib.

“Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır” sloqanı altında keçiriləcək kampaniya ölkənin populyar kütləvi informasiya vasitələrini əhatə edəcək.
“Bu sloqan təsadufi seçilməyib. Bir çox insanlar gözlənilməz hadisələr nəticəsində çətin maddi duruma düşürlər. Sığorta institutunun bütün dünyada  məhz bu durumlar üçün müvəffəqiyyətlə fəaliyyət göstərməsinə baxmayaraq, bizim ölkədə belə problemlər qohumlara müraciət etməklə, bəzən əmlakı satmaqla, borc almaqla həll olunur. İnsanların bu cür üsullara əl atması onları sığortanın sığortanın üstünlüklərindən xəbərsiz olması ilə əlaqadardı.
Kampaniyanın məqsədi sığortanı bir iqtisadi xidmət növü kimi mahiyyətini insanlara başa salmaqdı”-deyə N.Xəlilov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sığortanın inkşafı üçün qanunvericilik üzrə bir çox problemlər həll olunsa da, bazarın inkşafı arzuolunan deyil. Bunun əsas səbəblərindən biri əhalinin sığorta məhsulları haqqında kifayət qədər məlumatlı olmasıdı 

DSNX-nin rəsisi Namiq Xəlilov bildirib ki, bu gün sığorta bazarı inkşaf mərhələsindədi. Azərbaycanda sığorta fəaliyyətinə nəzarəti DSNX edir.
“Sığorta sahəsinin Azərbaycanda genişlənməsi və vətəndaşların sığorta xidmətlərindən daha səmərəli yararlanmaları üçün münbit şərait yaradılır”. N.Xəlilov qeyd edib ki, səğorta xidmətindən daha səmərəli istifadə etməkdən ötrü onun xüsusiyyətlərini bilmək lazımdır ki, o nə verir, hansı xüsusiyyətləri var, ondan səmərəli istifadə etmək üçün nə etmək lazımdı.

N.Xəlilov həmçinin sığorta münasibətlərindən danışaraq bildirib ki, proseslərə təkan vermək məqsədi ilə əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işləri aparılması barədə qərar qəbul edilib. Bu cür praktika həm inkşf etmiş, həm də inkşaf etməkdə olan ölkələrdə var.

Bu gündən başlayaraq telekanallarda reklam kampaniyası nümaiş etdiriləcək və həmçinin reklam çarxları və videotəlimatların təqdim olunması üçün xüsusi bir internet saytı hazırlanıb -  www.sigorta.info.az. Bu saytda sığorta məhsullarının istehlakçıları haqqında məlumatlar veriləcək.

Mail Ağaxanov 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular