Modern.az

Hüseyn Abdullayevin mətbuat katibi: “Onun tək qaldığı barədə xəbərlər yalandır”

Hüseyn Abdullayevin mətbuat katibi: “Onun tək qaldığı barədə xəbərlər yalandır”

27 May 2011, 17:02

Tanınmış bəstəkar, eks-deputat Hüseyn Abdullayev bir neçə gün öncə ad gününü qeyd edib. Mətbuatda H.Abdullayevin ad günündə tək qaldığı, dostları tərəfindən təbrik edilmədiyi bildirlir. Bəstəkarın mətbuat xidmətinin xəhbəri Nəzakət Hacıyeva isə Modern.az saytına açıqlamasında bununla bağlı məlumatlarl yalan adlandırıb.

N.Hacıyeva bildirib ki, bəstəkarın ad günündə tək qalması barədə xəbərlər əsassıs yalanlardır. Hüseyn Abdullayevin ad günlərini xüsusi qeyd etməyi xoşlamadığını deyən N.Hacıyeva bildirib ki, dostları və media nümayəndələri bəstəkarın ofisinə gələrək onu təbrik ediblər. 

“Keçən ad günündə də onu sevənləri, media mənsublatrı bəstəkarın ofisinə gələrək onu təbrik ediblər. Həmin gün eyni zamanda radio dalğalarında Hüseyn Abdullayevin müğənni Roya üçün yazdığı mahnısı da səsləndirilib”-deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.

Sədaqət Süleymanova   

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular