Modern.az

Mövlüd Çavuşoğludan Eynulla Fətullayevin azadlığa buraxılmasına münasibət

Mövlüd Çavuşoğludan Eynulla Fətullayevin azadlığa buraxılmasına münasibət

27 May 2011, 17:45

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlüd Çavuşoğlu jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb.

"Cənab Fətullayevin azad olunması ilə, Azərbaycan hakimiyyəti daha bir humanist addım atdı. Jurnalistə qarşı  görülən haqsızlığa son qoydu. Bu jurnalist artıq həbsxanada həddindən artıq çox vaxt keçirmişdir və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir il bundan əvvəl haqlı olaraq bildirmişdir ki, Fətullayevin həbsdə saxlanılması onun ifadə azadlığı hüququnu və məlumat qorulması hüququnu pozulmasıdır və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə ziddir”.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular