Tədbirdə prezident İlham Əliyev iştirak edir
“Buta” Sarayında 28 may Respublika Günü münasibəti ilə böyük bayram tədbiri başlanıb. Modern.az-a daxil olna məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da bu dəqiqələrdə başlanan bayram tədbirində iştirak edir. Tədbirə həmçinin Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rəsizadə, millət vəkilləri, nazirlər və digər məsul şəxslər qatılıb. Bayram toplantısında prezident İlham Əliyevin çıxışı gözlənilir.
Qeyd edək ki, dövlət tədbiri ilə bağlı Milli Məclisin bu günkü iclası fasiləsiz davam edib.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti 1918-20-ci illərdə fəaliyət göstərib. Versal Sülh Konfransı tərəfindən 1920-ci ilin yanvarında onun müstəqillyi tanınıb. 1009-cı ildən etibarən 28 may milli bayram kimi qeyd olunur. Bu il AXC-nin 93 yaşı tamam olur.