İctimai Palata növbəti mitinqin vaxtını elan edib. Modern.az bildirir ki, bu gün Koordinasiya Şurasının iclasında qurum iyun ayının 19-na saat 11-ə "Nərimanov" kinoteatrının qarşısına mitinq təyin edib. İctimai Palatanın bu günkü iclasına yazıçı-publisist Mehriban Vəzirin sədrlik edib. Quruma 16 yeni üzv qəbul olunub, 28 May - Respublika Günü ilə bağlı xalqa təbrik məktubu ünvanlanıb.