Modern.az

Millət vəkili 4 saylı Xankəndi orta məktəbinin bərpasını təklif edib

Millət vəkili 4 saylı Xankəndi orta məktəbinin bərpasını təklif edib

27 May 2011, 19:03

Milli Məclisin bu günki iclasında 122 saylı Xankəndi seçki dairəsindən olan millət vəkili Flora Qasımova Nizami Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbin bərpası təşəbbüsü ilə çıxış edib. Modern.az saytının məlumatına görə deputat  qeyd edib ki, bu məktəb hələ SSRİ vaxtında ətraf kəndlərin natamam orta məktəblərinin bitirən şagirdlərin ümid yeri olub, ətraf rayonlardan, hətta Şuşa şəhərindən də gəlib bu məktəbdə təhsil alanlar olub.

F.Qasımova onu da bildirib ki, bu məktəbdən iki Milli Qəhrəman və ölkənin ictimai-siyasi həyatında tanınan şəxslər çıxıb: “Bütün bunları nəzərə alaraq və hökümət nümayəndələrinin Milli Məclisdə olması fürsətindən istifadə edərək Nizami Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbinin bərpasını xahiş edirəm. Bu məktəb xankəndililərin kompakt yaşadıqları bir yerdə  tikilə bilər və hesab edirəm ki, Xankəndinin icra strukturları olmadığıdan bu məktəb birbaşa Təhsil Nazirliyinin tabeçiliyinə verilə bilər. Sadəcə, biz çox istəyirik ki, bu məktəb fəaliyyət göstərsin, çünki bu məktəb tarixi bir məktəbdir”.

Deputat sonda  əlaqəli qurumlardan məsələni diqqət mərkəzində saxlamağı xahiş edib.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular