Modern.az

Beyləqanı su basıb (FOTOLAR)

Beyləqanı su basıb (FOTOLAR)

27 May 2011, 19:23


Modern.az saytının məlumatına görə, Beyləqanda sel sularının fərdi yaşayış evlərini və əkin sahələrini basması nəticəsində vəziyyət gərgin olaraq qalır. 1000-dən artıq ev və həyətyanı sahə su altında qalıb. Rayonda artıq selin vurduğu fəsadların aradan qaldırılmasına başlanılıb. Füzuli-Beyləqan magistral yolu hələ də su altındadır. Magistral yolda yarım metrdən çox su olduğundan avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Rayonun Cadırlı, Təzə kənd, Çəmənli, Birinci və İkinci Aşıqlı kəndlərində yaranan vəziyət aradan qaldırılır. Ərazidən yağış sularını çəkilməsi üçün  Fövqaladə Hallar Nazirliyi və rayon Suvarama Sistemləri idarəsi su nasosları vasitəsi ilə sel sularını kanallara axıdır. Bunun üçün əraziyə çox sayda işci qüvvəsi və texnika cəlb edilib.

Beyləqan rayon Suvarama Sistemləri İdarəsindən bildirilib ki, selin qarşısını almaq üçün 5 nasosdan istifadə olunur. Onlardan 2-i Fövqəladə Hallar Nazirliyinin, qalanları isə rayon Meliorasiya Su Təsərrüfatı ASC-nin yerli idarələrinindir. Ərazidə texnikalardan, o cümlədən ekskavatorlardan istifadə edilir. Rayon Fövqəladə Hallar Komissiyasından Modern.az-a verilən məlumata görə, sel nəticəsində dəyən ziyanın miqdarı müəyyənləşdirilib.

İlkin hesablamalara görə, 15 min hektara yaxın sahəni su basıb, 4 min hektar sahədə mütəxəssislər araşdırma aparıb və bu sahələrdən məhsul götürməyin mümkün olmadığı bildirilib. Hazırda 200-ə yaxın evə yığılan sel suları çəkilib. Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, digər fərdi yaşayış evlərində də suların nasoslarla çəkilməsi davam etdirilir. Mütəxəssislər hesab edir ki, havaların isti keçəcəyi təqdirdə 3 gün müddətində sel sularının quruması gözlənilir.

 

 

 

 

 



Xaliq Qurbanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular