Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 27-də saat 11.00 radələrində Ağstafa şəhər sakini Rauf Qəniyevə məxsus "VAZ-21011" markalı avtomaşın evinin qarşısından qaçırılıb. Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış həmyerlisi Ramil Yaqubov avtomaşınla birgə saxlanılaraq RPŞ-nə gətirilib. RPŞ-nin həyətində olarkən R.Yaqubov qəflətən cib bıçağı ilə Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Hidayət Kərimovə yüngül xəsarət yetirib. H.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Modern.az