Modern.az

15-ci kolonda dustaqların əl işləri sərgilənib (FOTOLAR)

15-ci kolonda dustaqların əl işləri sərgilənib (FOTOLAR)

28 May 2011, 19:31

Modern.az-ın məlumatına görə, Ədliyyə nazirliyinin Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların əl işlərinin sərgisi keçirilib. Məhkumların hazırladıqları müxtəlif əşyalar - mücrülər, gəmi modelləri, nərd, bəzək əşyaları, təsbeh nümunələri, rəsm əsərləri və s. tədbir iştirakçılarına numayiş etdirilib və onlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev də iştirak edib. M.Quliyev müəssisədə cəza çəkənlər üçün təşkil edilmiş kompüter kursunu bitirən 10 məhkuma müvafiq sertifikatlar təqdim edib.

 

 

 


 

 

 

 

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular