Modern.az

Almanlarla oynayacaq Azərbaycan millisinin heyəti açıqlanıb

Almanlarla oynayacaq Azərbaycan millisinin heyəti açıqlanıb

28 May 2011, 19:59

Modern.az xəbər verir ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Astana şəhərində Qazaxıstan, iyunun 7-də isə Bakıda Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

AFFA-dan verilən məlumata görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununa Kütləvi İnformasiya Vasitələri tərəfindən böyük maraq göstərilir. AFFA-nın tətbiq etdiyi sistemə uyğun olaraq, 305 nəfər yerli və xarici KİV nümayəndəsi Azərbaycan – Almaniya oyununu işıqlandırmaq üçün müvafiq qaydada qeydiyyatdan keçib.

Azərbaycan millisnin heyəti:

Fərhad Vəliyev – «Qarabağ»
Kamran Ağayev – «Xəzər Lənkəran»
Andriy Popoviç – «Abşeron»
Rəşad Sadıqov – «Qarabağ»
Rail Məlikov – «Neftçi»
Maksim Medvedev – «Qarabağ»
Vurğun Hüseynov – «Turan»
Saşa Yunisoğlu – «Qəbələ»
Ruslan Abışov – «Neftçi»
Rəşad Sadiqov – «Qarabağ»
Cavid Hüseynov – «Neftçi»
Əfran İsmayılov – «Qarabağ»
Arif İsayev – «Qəbələ»
Vüqar Nadirov – «Qarabağ»
Rauf Əliyev – «Qarabağ»
Vaqif Cavadov – «Bakı»
Murad Hüseynov – «Qəbələ»
Ruslan Əmircanov – «Neftçi»
Aleksandr Çertoqanov – «İnter»
Volodimir Levin – «İnter»
Elnur Allahverdiyev – «Xəzər Lənkəran»
Rahid Əmirquliyev – «Xəzər Lənkəran»
Elnur Abdullayev – «Xəzər Lənkəran»

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular