Çempionlar Liqasının finalından sonra Avropanın ən güclü komandasının adı məlum olub. Ötən gecə İngiltərənin "Uembli" stadionunda baş tutan həlledici görüşdə İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Yunayted" klubunu məğlub etməklə növbəti dəfə adını tarixə yazıb.
“Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) – 3:1
QOLLAR: Pedro Rodriges, 27; Lionel Messi, 54; David Vilya,69 - Ueyn Runi, 34
Hakimlər: Viktor Kaşşai, Qabor Eros, Georgi Rinq, İştvan Vad.