Eji Buzek İlham Əliyevin son əfv fərmanını “düzgün istiqamətdə atılmış addım” adlandırıb
Avropa Parlamentinin prezidenti Eji Buzek Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı son əfv fərmanını alqışlayıb. Modern.az Aİ-nin saytına istinadən bildirir ki, Buzek bunu “düzgün addım” adlandırıb.
“Bu düzgün istiqamətdə atılmış addımdır. Gələcəkdə söz azadlığı sahəsində və müxalifətlə, vətəndaş cəmiyyəti təsisatları ilə konstruktiv və açıq dialoqun möhkəmlənəcəyinə ümid edirəm. Bununla yanaşı, mən gənc azərbaycanlı bloqçu Bəxtiyar Hacıyevin həbsindən çöx məyusam”-deyə Avropa Parlamentinin sədri vurğulayıb.
O həmçinin Ermənistanda da son aministiya aktı ilə “vicdan məhbusları”nın azadlığa çıxmasından məmnun olduğunu deyib.
Modern.az