Rusiyanın Perm vilayətinin Kudımkar şəhərindəki kafelərin birində azərbaycanlıların iştirak etdiyi kütləvi dava-dalaş baş verib. Modern.az rus KİV-lərinə istindaən bildirir ki, yerli milis idarəsi dava nəticəsində 6 nəfərin xəsarət aldığını açıqlayıb.
Davaya səbəb isə pivə butulkası olub. “Atlant” kafesində gecə saat 4-də pivə içməyə gələn soydaşımız bar stolunda butulkanı açarkən mayeni bilmədən stolda oturan digər müştərini üzərinə dağıdıb. Söz mübahisəsi əlbəyaxaya çevrilib. Davaya digər bir 1981-ci il təvəllüdlü azərbaycanlı da qoşulub. Küçədə böyüyən dava–dalaş genişlənib. Ruslara bata bilməyəcəyini görən soydaşımız bıçaq çıxarmalı olub. Nəticədə şəhər xəstəxanasına 6 nəfər yaralı daxil olub. Onlardan 3 nəfəri bıçaq yarası alıb. Davanı sakitləşdirməyə cəhd edən kənar müştərilər də xəsarət alıblar. Hazırda polis insanları bıçaqla yaralayan azərbaycanlını axtarır. Onu 8 il həbs gözləyir.