Modern.az

Bakıda jurnalist - polis qarşılaşması olacaq

Bakıda jurnalist - polis qarşılaşması olacaq

30 May 2011, 19:50

Mayın 31-də saat 12.00-da Mətbuat Şurasında ölkənin futbol jurnalistlərinin iştirakı ilə «dəyirmi masa» keçiriləcək. Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş toplantı MŞ-nin Bakı Futbol Federasiyası ilə birgə bu əlamətdar tarix münaisbətilə həyata keçirdiyi birgə təşəbbüs çərçivəsində baş tutacaq.

Modern.az-ın məlumatına görə, görüşdə kütləvi informasiya vasitələrində idman, xüsusən də futbol sahəsində çalışan jurnalistlərlə yanaşı, veteran qələm sahibləri, tanınmış futbol şərhçiləri, nüfuzlu media orqanlarının rəhbərləri də iştirak edəcəklər.

Toplantıda Azərbaycanda futbol jurnalistikasının spesifik xüsusiyyətləri, mövcud istiqamətdəki tendensiyalar və çatışmazlıqlar ətrafında fikir mübadilələri aparılacaq, ömrünə sahəyə həsr etmiş şəxslərin yaradıcılıq yolu və təcrübəsi nəzərdən keçiriləcək.
Görüşdə həmçinin futbol jurnalistikası sahəsində müstəsna xidmətləri olan şəxslər diplomlarla və xatirə hədiyyələri ilə təltif ediləcəklər.

Qeyd edək ki, Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş birgə tədbirləri çərçivəsində indiyədək jurnalistlərin ölkə polislərindən və Milli Məclisin deputatlarından ibarət heyətlərlə iki futbol matçı baş tutub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular