Modern.az

Bu gün 100 mindən çox şagirdə son zəng çalınacaq

Bu gün 100 mindən çox şagirdə son zəng çalınacaq

31 May 2011, 08:00

Təhsil naziri Misir Mərdanovun imzaladığı müvafiq əmrə uyğun olaraq bu gün saat 10:00-dan başlayaraq üç saat müddətində ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçiriləcək. Bu tədbirlər yalnız təhsil müəssisəsinin ərazisində keçirilməlidir.

Əmrdə ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub.

Modern.az Təhsil Nazirliyinə istinadən bildirir ki, bu il ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101 min 521 şagird bitirəcək. Qeyd edək ki, bu göstərici ötən il 98 min 800 nəfər təşkil edib.

Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayının 710 nəfər olacağı gözlənilir.

Bakı şəhərində orta məktəblərə 23 minə yaxın XI sinif şagirdi əlvida deyəcək.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular