Modern.az

Milli Məclisin yaz sessiyası başa çatdı

Milli Məclisin yaz sessiyası başa çatdı

31 May 2011, 13:23

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. Modern.az saytı xəbər verir ki, bugünkü iclasın gündəliyinə bir sıra məsələlər daxil edilmişdi. Deputatlar “Yol hərəkəti haqqında” qanuna  dəyişikliklərlə bağlı qanun layihəsini qəbul ediblər.

Bundan başqa, milət vəkilləri İnzibati Xətalar Məcəlləsinə, Mülki-Prosessual Məcəlləyə, Cinayət Məcəlləsinə və  Cəzaların İcrası Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihələrini də müzakirə ediblər.

Qeyd edək ki, yaz sessiyası bu gün başa çatsa da, Azərbaycan parlamenti iyun ayında da işləyəcək. Növbədənkənar sessiya 78 deputatın müraciəti əsasında keçiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular