Azərbaycan Dillər Universitetində 1 saylı İngilis dili fakültəsinin tələbələrinin təşəbbüsü və Mülkü Müdafıə kafedrasının müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə 31 May Ümumdünya siqaretlə mübarizə gününə həsr olunmuş “Siqaretə yox deyirik ” adlı aksiya keçirilib.
Aksiyada tələbələr universitetin tələbə və müəllimlərinə siqaretin zərərlərindən danışıblar. Onlar həmçinin 31 May Ümumdünya siqaretlə mübarizə günü haqqında aksiya iştirakçılarına məlumat veriblər. Əlavə olaraq tələbələr aksiya iştirakçılarına təqdim etmək üçün plakat və bukletlər də hazırlayıblar. İştirakçılar arasında siqaret çəkən tələbə və müəllimlərdən siqaretlərini alaraq onlara bukletlər və kitabçalar təqdim ediblər.
Aksiya gün ərzində davam etdiriləcək.
Modern.az