Liviya lideri Müəmmər Qəddafi atəşkəsə və müxalifətlə dialoqa hazır olduğunu elan edib. Modern.az BBC-yə istinadən bildirir ki, bu barədə Liviya lideri ilə danışıqlardan sonra Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma bildirib. Qəddafi ilə görüşdən sonra KİV-ə açıqlamasında Zuma bildirib ki, Liviya rəhbəri danışıqlara hazırdır. Bundan sonra Zuma Tripolini tərk edib.
CAR prezidenti Liviya rəhbəri ilə danışıqlar aparmaq üçün yaradılmış Afrika ölkələrinin nümayəndə heyətinin rəhbəridir.
Qeyd edək ki, Liviya müxalifəti Qəddafi vəzifəsindən getməyincə? heç bir danışıq aparmaq niyyətində olmadığını bəyan etmişdi.
Modern.az