Modern.az

İçərişəhər” Qoruğundan valideynlərə xoş xəbər: "Uşaqlara pulsuzdur..."

İçərişəhər” Qoruğundan valideynlərə xoş xəbər: "Uşaqlara pulsuzdur..."

31 May 2011, 13:02

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Uşaqlar üçün açıq qapı” günü təşkil edir.
İdarənin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda qeyd edilir ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar İçərişəhərə uşaqların girişi pulsuz olacaq.  

“Tarixi irsimizlə yaxından tanış olmaq üçün “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi və digər abidələrə və muzeylərə balaca ziyarətçilərimizi dəvət edirik”.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şirvanşahlar Sarayı Kompleksi”ndə  “Xoşbəxt nəsil” adlı ədəbi-musiqili sərgi də keçiriləcək.

Şirvanşahlar Sarayı Kompleksinin həyətlərində təşkil olunacaq sərgidə DA-ART Təsviri İncəsənət Mərkəzinin üzvləri olan uşaqların çəkdikləri 200-ə yaxın müxtəlif mövzulu rəsm əsərləri nümayiş etdiriləcək. Sərgi Azərbaycan Dövlət Uşaq Filarmoniyası, M. Maqomayev adına 26 nömrəli Uşaq Musiqi Məktəbi, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə müşaiyət olunacaq. Konsert zamanı bu qədim məkanda klassik əsərlər, xalq musiqisi və caz musiqisi səslənəcək.

Saat 17:00-da baş tutacaq sərgiyə hər kəs dəvətlidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular