Səbail rayonun 17 orta məktəbində təntənəli «Son zəng» tədbirləri keçirilib. Təhsil kompleksində kecirilənm son zəng tədbirində rayon İcra Hakimiyyətinin Başcısı Arif Əsgərov da iştirak edib. O, məzunlara uğurlar arzulayaraq Səbail rayonunda təhsillə bağlı aparılan islahatlardan danışıb.
2010-cu il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə əsaslı şəkildə təmir olunaraq yenidən qurulan Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova məzunlara uğurlar arzu edib.
132-134 saylı təhsil kompleksini bu il 83 şagird bitirir. Onlardan 3 nəfəri qızıl medala namizəddir. Eyni zamanda komkleks bu il 150 illiyini qeyd edəcək. Təhsil Kompleksində isə ümumilikdə 81 sinifdə 2061 şagird təhsil alır.
Səbail rayonunun Bayıl yaşayış sahəsindəki 91 saylı orta məktəbinin 4 buraxılış sinfini 88, 64-cü buraxılışını kecirən 190 saylı məktəbi 6 sinifdən 93, Badamdar qəsəbəsindəki 1160 şagirdin təhsil aldığı 239 saylı orta məktəbi 95 şagird bitirir.
Eyni zamanda rayonun 6, 7, 49, 50, 51, 160, 162, 189, 236 saylı məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla kecirilib.
Modern.az