Modern.az

TQDK abituryentlərə əlavə bir gün şans verdi

TQDK abituryentlərə əlavə bir gün şans verdi

31 May 2011, 17:08

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin təsdiq müddəti 1 gün uzadılıb.
Bu barədə Modern.az saytına  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) mətbuat xidmətindən məlumat verilib. TQDK-dan bildirilib ki, cari tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə “Elektron ərizə” doldurmuş 4500-dən artıq abituriyentin öz ərizəsini hələ də Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirmədiyini nəzərə alaraq, ərizələrin təsdiqi müdətinin 1 iyun 2011-ci il saat 17:00-dək uzadılması barədə qərar qəbul edilib.

Beləliklə, 31 may 2011-ci il saat 17:00-dək “Elektron ərizə” doldurmuş abituriyentlər 1 iyun 2011-ci il saat 17:00-dək tələb olunan sənədləri müvafiq SQK-na təqdim edib, ərizələrini təsdiq etdirə bilərlər. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular