Modern.az

“Suzan Mubarəkin adı Xırdalandakl orta məktəbdən hələ götürülməyib”

“Suzan Mubarəkin adı Xırdalandakl orta məktəbdən hələ götürülməyib”

8 İyun 2011, 13:15

“Xırdalan şəhərindəki 9 saylı məktəb hələ də Misirin devrilmiş liderin xanımı Suzan Mübarəkin adını daşıyır. Yəqin ki, yaxın vaxtlarda bununla da bağlı tədbir görüləcək”. Bu sözləri Modern.az-a açıqlamasında Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Zakir Həsənov deyib.

Qeyd edək ki, 2008-ci ilin sentyabrında ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının sabiq 1-ci xanımı Suzan Mübarək Abşeron rayonunda olub. Misirin birinci xanımı o zaman Misir - Azərbaycan Dostluğu Parkında gəzib, eləcə də Xırdalandakı Suzan Mübarək adına 9 saylı ərəb təmayüllü orta təhsil məktəbilə tanış olub. 

Suzan Mübarək adına 9 saylı ərəb təmayüllü orta məktəbdə 2 min şagird təhsil alır, 190-dan çox müəllim çalışır. Məktəbdə birinci siniflərdə ərəb dili tədris olunur.

Aytən ƏLİYEVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular