Modern.az

Serbiyada Heydər Əliyevə abidə qoyulub

Serbiyada Heydər Əliyevə abidə qoyulub

9 İyun 2011, 10:08

İyunun 8-də Belqradda Taşmaydan parkının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak ediblər.  (AzərTAc)
İlham Əliyevə məlumat verilib ki, Taşmaydan parkı Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşir. İki min il əvvəl romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə yerləşən karxanadan daş çıxarırmışlar. Karxananın osmanlılar dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olub. Osmanlılar dövründə Belqradda inşa olunmuş tikili və divarlar bu karxanadan çıxarılan daşlardan tikilib. Taşmaydanda XIX əsrdə yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunub. Həmin əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülüb və burada yaşıllıqlar salınıb. İndi bu park Belqrad sakinlərinin istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.
Parkda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ucaldılıb. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasına dəlalət etməklə yanaşı, həm də serb xalqının bu dahi şəxsiyyətin xatirəsinə olan ehtiramından xəbər verir.
Azərbaycan və Serbiya prezidentləri parkda rəmzi olaraq ağac əkiblər.
Dövlət başçıları mərasimdə çıxış ediblər. 
Prezident İlham Əliyev parkda Belqrad ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Parkın açılışı münasibətilə Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etiblər.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular