Modern.az

Deputat seçicilərini qəbul edib (FOTOLAR)

Deputat seçicilərini qəbul edib (FOTOLAR)

11 İyun 2011, 11:14

Millət  vəkili  Vahid  Əhmədov növbəti  dəfə  Qubadakı  ofisində seçiciləri  ilə  görüşüb.Ümümilikdə  deputat  34  seçicini  qəbul  edib, onların  müraciət  və  təkliflərini  dinləyib. Bir  neçə  məsələ  ilə bağlı  yerindəcə  araşdırma  aparılıb və  həlli  istiqamətində  qərarlar qəbul  edilib. Bu barədə Modern.az-a deputatın köməkçisi Arif Orucov məlumat verib.

Müraciətlərdə  əsasən  Quba  şəhərində  ev  tikintisi üçün  torpağın  ayrılması, mənzillərlə  təminat, işlə  təmin  olunma  və s.  məsələlər  öz  əksini  tapıb. Mərkəzi  təşkilatlarla  bağlı problemlərin  həlli  üçün  aidiyyatı  qurumlara  müraciətlərin hazırlanması  haqqında  göstəriş  verib.

Qəbuldan  sonra  V.Əhmədov  şəhər  Mədəniyyət  evində  Azərbaycan Respublikası  Vergilər  Nazirliyinin  təşəbbüsü  ilə  Quba, Qusar, Xaçmaz və  Şabran  rayonu vergi ödəyiciləri  ilə təşkil  olunmuş  görüşdə iştirak  edib. Görüşdə  bölgənin 300-ə  yaxın  sahibkarı  iştirak edib. Görüşdə  çıxış  edən  Vahid  Əhmədov  vergi  ödəyicilərinin üzləşdiyi  problemlərlin  həlli  ilə  bağlı  onlara  tövsiyyələrini verib, suallarını  cavablandırıb.

 

 

 

 

 

 

 

 

 

 



Modern.az                                    

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular