Modern.az

Əsgərlər üçün gündəlik çap olunub

Əsgərlər üçün gündəlik çap olunub

21 İyun 2011, 15:42

“Dinc Dünya” Araşdırma Mərkəzi “Mənim hərbi xidmət günlərim” adlı kitabça çap etdirib. Kitabça QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə işıq üzü görüb.

Əsgər üçün cib kitabçası kimi nəzərdə tutulan buraxılışda maraq doğuran cəhətlərdən biri də sevgi məktubunun burada yer almasıdır. Kitabçada dövlət rəmizləri, hərbi and, əsgər marşı kimi məqamlar da əks olunub.
Ümumiyyətlə, kitab bir əsgərin hərbi xidmətə başladığı dövürdən evə dönəcəyi günə qədər gündəlik yazmasına yetərlidir.

İndiyədək bu kitabçadan 6 min ədəd çap olunaraq əsgərlərə paylanılıb.

Qurumun rəhbəri Əlisəfa Mehdiyevin Modern.az saytına verdiyi məlumata görə, kitabçanın təkrar nəşri olacaq.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular