Modern.az

Xarici jurnalisti döyənlərdən birinin fotorobotu nümayiş olunub və mükafat təyin edilib

Xarici jurnalisti döyənlərdən birinin fotorobotu nümayiş olunub və mükafat təyin edilib

Təhsil

21 İyun 2011, 18:03

Bakının Yasamal rayonu ərazisində Birləşmiş Ştatlar vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devisi döyən şəxslərdən birinin fotorobotu hazırlanıb. Modern.az ANS-ə istinadla bildirir ki, aparılan əməliyyat tədbirləri nəticəsində, məlum olub ki, bu şəxs 20-25 yaş arası, boyu 175-180 sm, arıq bədən quruluşuna malik biridir. Bu şəxsi tanıyanlardan, yaxud onun barəsində hər hansı məlumatı olanlardan Yasamal rayon Polis İdarəsinə zəng etməklə məlumat vermələri xahiş olunur.

Polis İdarəsindən bildirilib ki, zəng edib məlumat verənin anonimliyi qorunacaq və yüksək məbləğdə pulla mükafatlandırılacaq.

Xatırladaq ki, Amanda Erikson və Silya Devis iyunun 15-dən 16-na keçən gecə saat 00:20 radələrində Yasamal rayonu ərazisində Vidadi küçəsində yaşadıqları ünvana qayıdarkən küçənin tinində dayanmış 4 nəfər naməlum şəxslərlə münaqişə zəminində aralarında mübahisə baş verib. Onlar bu şəxslərin yanından keçərkən gənclərdən biri onlara söz atıb. Daha sonra naməlum şəxslər iki qadını döyüb. Onlardan biri - Silya Devisin sağ qolu sınıb. Yaralılar xəstəxanaya müraciət edib.

Zərərçəkənlərdən biri Amanda Erikson bir müddət “New-York Times” qəzetində çalışıb. Hazırda isə Bakı Slavyan Universitetində jurnalistikadan dərs deyir.

Hər iki şəxs döyülmələri ilə əlaqədar polisə müraciət ediblər. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb. Hadisənin xuliqanlıq zəminində törədilməsi ilə yanaşı bunun bir sira qüvvələrin təxribatı olduğu da istisna edilmir.

Cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün DİN-nin və Bakı Şəhər Baş Polis İdarəsinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və intensiv tədbirlər həyata keçirilir.

Daxili işlər naziri Ramil Usubov Bakının Yasamal rayonunda ABŞ vətəndaşı Amanda Erikson və və Böyük Britaniya vətəndaşı Silya Devisin döyülməsi faktının araşdırılmasını şəxsi nəzarətdə saxlayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular