Modern.az

Gəncədə 25 yaşlı qardaş 30 yaşlı bacını öldürüb

Gəncədə 25 yaşlı qardaş 30 yaşlı bacını öldürüb

21 İyun 2011, 18:40

Bu gün saat 15 radələrində Gəncənin Əziz Əliyev küçəsi ev 172-də qətl hadisəsi baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Nadirov Maarif Mətləb oğlu bacısı 1981-ci il təvəllüdlü Nüseynova Mətanət Mətləb qızını bıcaqla vuraraq öldürüb.

Dərhal hadisə yerinə gələn Gəncə şəhər Polis İdarəsinin və Gəncə şəhər Prokurorluğunun əməkdaşları hadisə yerini müayinə ediblər. Məlum olub ki, 25 yaşlı Mətləb Hüseynov ailə münaqişəsi zəminində 30 yaşlı bacısını bilərəkdən qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayyət Məcəlləsini qəsdən adam öldürmə maddəsi ilə iş açılıb. Qeyd edək ki, hadisəni törətmiş Nadirov Maarif Mətləb oğlu bir neçə saatdan sonra könüllü şəkildə polisə təslim olub.

Xaliq Qurbanlı
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular